Yaralılar helikopterlə KTM-ə göndərildi - Şəkidəki faciə ilə bağlı son durum

Baxış sayı:
3037

Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanların son durumuna qaydınlıq gəlib. 
Səhiyyə Nazirliyindən Mualifet.az-a verilən məlumata görə, İlkin Məmmədov(ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Həsən (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı), helikopterlə KTM-ə (Kliniki Tibbi Mərkəzə) göndəriliblər.
Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) Təcili Tibbi Yardım avtomobili ilə travmatologiya institutuna aparılması müzakirə olunur. Digər xəsarət alan Elxan Məmmədov (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək Ambulator müalicəyə buraxılıblar.