Yaqub Eyyubovun oğlu Avropa Şurasından GERİ ÇAĞIRILDI - Prezidentdən SƏRƏNCAM

Baxış sayı:
4552

Prezident İlham Əliyev Fəxrəddin İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Emin Yaqub oğlu Eyyubov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Xatırladaq ki, Emin Eyyubov baş nazirin müavini Yaqub Eyyubovun oğludur.