Yaponiyalı nazir rohinca müsəlmanlarına yardım vəd etdi

Baxış sayı:
19867

Yaponiyanın Xarici İşlər naziri Taro Kono Mynamadan olan qaçqın rohinca müsəlmanların yaşadığı düşərgədə şəraitin yaxşılaşdırılması üçün Banqladeşə yardım təklif edib.
T.Kono Banqladeşin Xarici İşlər naziri Abulkal Abdul Momenlə paytaxt Dəkkədə görüşüb.
Yapon nazir qaçqınların tezliklə vətənlərinə dönmələri üçün hər iki tərəfin sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Nazirlər Myanmanı bu prosesin başlaması üçün konkret addımlar atmağa çağırmaq barədə razılığa gəliblər.
Bu ərəfədə T.Kono qonşu Myanmadan olan təqribən 900 min qaçqın rohinca müsəlmanının yerləşdiyi düşərgəyə də baş çəkib. (AzərTAc)