​Yaponiyada əməliyyat - 44 milyon dollarlıq qızıl ƏLƏ KEÇDİ

Baxış sayı:
7141

Yaponiyada genişmiqyaslı əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat nəticəsində ölkəyə 44 milyon dollarlıq qızıl gətirən qaçaqmalçı şəbəkə ələ keçib.
Bildirlir ki, qanunsuz yolla ölkəyə gətirilən 4,8 milyard iyen dəyərində qızılla bağlı 7 nəfərdən ibarət dəstə yaxalanıb.
Polisin məlumatına görə, qızıl Honkonqdan iki konteynerlə gətirilib. Belə ki, burada qızılın qiyməti ucuz olduğundan qaçaqmalçılar onu Tokioya gətirib satmaq istəyirmiş.