​Yapon dilerlər ABŞ qərarını alqışladılar

Baxış sayı:
4834

Yaponiyanın neft dilerləri ABŞ-ın Yaponiyanı və digər yeddi ölkəni İrandan neft ixracına tətbiq etdiyi sanksiyadan azad etməsi barədə xəbəri alqışlayıblar.
Muxalifet.az xəbər verir ki, bu ölkələr oktyabrda ABŞ-ın rəsmi Tehrana qarşı iqtisadi sanksiyaları bərpa etdikdən sonra İrandan neft ixracını dayandırıblar. Dilerlər bildiriblər ki, qadağanın aradan qaldırılması ilə bağlı şərtləri araşdırdıqdan sonra İrandan neft ixracının bərpası barədə qərar qəbul edəcəklər.
Xatırladaq ki, ötən il Yaponiya neftə olan tələbatının 5,5 faizini İranın hesabına ödəyib. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi ərəfəsində xam neftin qiyməti qalxıb.
Yaponiyanın yanacaqdoldurma məntəqələrində benzinin orta satış qiyməti əvvəlki illə müqayisədə 20 faiz artıb. Ötən ay bir litr benzinin qiyməti 160 yen və ya 1 dollar 40 sentə bərabər olub ki, bu da son 4 ilin ən yüksək qiymətidir.
Mütəxəssislərin sözlərinə görə, İran neftinin ixracına qoyulan qadağanın aradan qaldırılması, tələblə təklif arasındakı fərqi azaldaraq, xam neftin qlobal qiymətini aşağı salacaq.