​Yanğınsöndürən azyaşlını alovlardan belə xilas etdi – Video

Baxış sayı:
754

ABŞ-da yanğınsöndürmə xidmətinin əməkdaşı alovlar içindəki binanın 3-cü mərtəbəsindən atası tərəfidən atılan azyaşlını yaxalayaraq həyatını xilas edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “İndependent” informasiya yayıb.
Məlumata görə, yanvar ayının əvvəlində Atlanta yaxınlığında Corciya ştatında baş verən yanğın zamanı qızının həyatını xilas etməyə çalışan ata onu yanğınsöndürmə briqadasının əməkdaşı Skott Stroupun qucağına atıb. Yangınsöndürənlər ümumilikdə 12 nəfəri təxliyə edib ki, onlardan da 8-i azyaşlı olub.
“Biz uşaqları sanki futbol topu kimi tuturduq”, - yanğınsöndürmə briqadasının kapitanı bildirib.
Qeyd edək ki, uşaq yanğın zamanı xəsarət almasa da, onun atası 2-ci dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb.