​Xəzərlə bağlı tarixi razılaşmanın Türkiyəyə xeyri...

Baxış sayı:
9484

Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya Türkiyəyə regiondakı neft və qaz tranzitində mövqeyini gücləndirməyə imkan verir.
Muxalifet.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar Mərkəzinin sədri Bilal Çoban bildirib.
"Xəzərdə iqtisadiyyat, nəqliyyat, ətraf mühit, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın yaranması regionumuz və dünya üçün gözəl bir hadisə olacaq. Təxminən 50 milyard barrel neft və 9 trilyon kubmetrlik qaz ehtiyatının olduğu təxmin edilən Xəzərin bu müqavilə ilə keçid bölgəsi olaraq Türkiyə olması çox mühüm əhəmiyyət kəsb edir. Regionumuzda bu müqavilənin olması müqavilə tərəfi ölkələrin Türkiyə ilə əlaqələrini inkişaf etdirməsi və enerji xətlərinin təhlükəsizliyi baxımından çox yaxşı irəliləyişlər doğuracaqdır", - Çoban söyləyib.