Xəzərdə batan gənc qızın cəsədi tapılıb

Arzu Hacızərovanın cəsədi Qaxa gətirilib
 
Xəzər dənizində batan qızın cəsədi tapılıb.
Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı deyilən Qax rayon sakini, 1990-cı il təvəllüdlü Arzu Nazim qızı Hacızərovanın cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.
Gənc qızın cəsədi doğulduğu Qax rayonuna gətirilib.