​Xəzər dənizində zəlzələ oldu - Yeniləndi

Baxış sayı:
5380

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumatlara əsasən yerli vaxtla saat 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 2.7, dərinliyi 5 km olan zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.