XƏYANƏTİN FOTOSU

Baxış sayı:
2785

Misirdə seçki ilə hakimiyyətə gələn prezident Məhəmməd Mursini çevrilişlə devirərək ölkədə hakimiyyəti ələ alan çevrilişçi general Abdülfettah es-Sisinin, 1994-ci ildə ABŞ-ın indiki vitse-prezidenti Mayk Pens ilə çəkilmiş fotosu ortaya çıxıb.
 
Bununla da çevrilişlə ölkədə hakimiyyəti ələ alan çevrilişçi general Abdülfettah es-Sisinin, ABŞ-ın aləti və casusu olduğu bir daha sübut olunub.
Ölkəsinə xəyanət edən Sisinin, Misirin seçilmiş prezidenti Məhəmməd Mursiyə qarşı həyata keçirdiyi alçaq çevrilişin ABŞ dəstəkli olduğu bütün dünyada qəbul edilərkən, ortaya çıxan bir fotoşəkil bu həqiqəti bir daha təsdiqləyib.
 
İLLƏR ƏVVƏL MAYK PENS İLƏ ABŞ-da GÖRÜŞÜBLƏR
 
Ölkəsinin seçilmiş prezidentinə ABŞ ilə əməkdaşlıq içərisində çevriliş edən evangelistlərin aləti olan Sisi, 1994-ci ildə ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə görüş keçirmişdir.
Sisi ilə Pensin ABŞ-ın İndiana ştatında həyata keçirdiyi görüşdə çəkilən fotoşəkil, Misirdəki çevrilişin arxasında kimlərin olduğunu bir daha nümayiş etdirib.
Müxalifət.az