Xəyanətdə sərhəd tanımırlar: ABŞ, İngiltərə, Fransa, YPG/PKK əməkdaşlığı – terrorçulara 2018-ci ildə 500 milyon dollarlıq əlavə silah veriləcək

Baxış sayı:
5410

Muxalifət.az xəbər verir ki, amerikalı, ingilis və fransız hərbçilər YPG və tayfa liderləri ilə bir yerə toplaşıblar
ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiyanın tərkibində olan amerikalı, ingilis və fransız hərbi nümayəndələri əsas hissəsini PKK-nın Suriyadakı qolu olan YPG-nin təşkil elədiyi Demokratik Suriya Qüvvələri və regiondakı tayfa başçıları Suriyanın Deyr-əz Zor şəhərində görüşüblər.
 
YPG-yə 2018-ci ildə 500 milyon dollarlıq əlavə silah
Suriyadakı kürd saytlarında yerləşdirilən xəbərlərə görə, Deyr-əz Zor əməliyyatını idarə edən YPG üzvü Polat Canın da iştirak elədiyi görüşdə, regionun son vəziyyətindən də danışılıb. Görüşdə iştirak edən koalisiya qüvvələri komandirlərinin DSG-nin koalisiyanın bir parçası olduğunu və DSG-yə yardımların davam edəcəyini söylədikləri irəli sürülüb.
İclasda YPG üzvü Canın, DSG-nin regiondakı müxtəlif qruplardan təşkil edildiyini və hamının bu təşkilatı dəstəkləməli olduğunu dediyi iddia edilib.
YPG-yə 2018-ci ildə 500 milyon dollarlıq əlavə silah veriləcəyi gözlənilir.