Xüsusi təhqiqatçı Ağ Evdən sənədlərin təqdim edilməsini istəyib

Xüsusi təhqiqatçı Robert Müller prezident Trampın vəzifəsinin icrasına başladığı gündən bəri bir neçə qeydin və e-mail yazışmasının təqdim edilməsi üçün Ağ Evə müraciət edib.
New York Times qəzeti bildirir ki, Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxiləsinin istintaqını aparan Müller, sabiq FBI direktoru Ceyms Kominin və milli təhlükəsizlik müşaviri Maykl Flinin Tramp tərəfindən istefafaya göndərməsi ilə maraqlanır.
Müllerin müraciəti istintaqın genişləndirilərək, Trampın Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı FBI istintaqına təsir etmək ehtimalını da əlavə edildiyinə işarə ola bilər.
Konqresin hər iki palatası müstəqil şəkildə həyata keçirdikləri istintaqlarını davam etdirirlər ("Amerikanin sesi").