Xətai rayonunda suyun verilişi dayandırıldı - SƏBƏB

Baxış sayı:
10150

Məhəmməd Hadi küçəsində su sızması baş verib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində baş vermiş sızmanın aradan qaldırılması üçün "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılır.
Qazıntı-bərpa işlərinən sabaha qədər yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Su xəttində baş vermiş sızma ilə əlaqədar rayonun bəzi küçə və prospektinə içməli suyun verilişi dayandırılıb.
Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, hazırda qurumun qəza xidməti hadisə yerində problemin aradan qaldırılması ilə bağlı işlər görür:
"Problem bu gecə aradan qaldırılacaq. Həmin müddətdə Xətai rayonunun bir hissəsinə - əsasən M.Hadi, Xudu Məmmədov, Vunq Tau küçələri və Gəncə prospektinin bəzi hissəslərində içməli su olmayacaq. Təmir işləri başa çatandan sonra həmin ərazilərə su veriləcək".
Xatırladaq ki, Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində sızma baş verib.