Xəstəni hospitala aparan taksi sürücüsü koronavirusa yoluxdu

Baxış sayı:
1699

Tailandda koronavirusa yoluxmuş ilk şəxs koronavirus daşıyıcısı çinli turisti xəstəxanaya aparan taksi sürücüsü imiş.

“Report” RIA “Novosti”yə istinadən xəbər verir ki, bunu Tailandın Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.

Nümayəndənin dediyinə görə, koronavirus daşıyıcısı həmin çinli turist artıq sağalıb və ölkəsinə göndərilib. 

Həmçinin, ölkədə virusa yoluxanların sayının 14-dən 19-a artdığını vurğulayıb. Məlumata görə, koronavirusa yoluxan 19 nəfərdən 17-si Çin vətəndaşlarıdır.