Xərc çəkib obyekt tikdirdi, üç ildir elektrik enerjisi çəkdirə bilmir - ŞİKAYƏT

Baxış sayı:
7909

Şəki rayonu, Baş Şabalıd kənd sakini Məmmədsoy İsrafil Əhmədiyə oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
“Mən sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün Şəki rayonunub Oxud kənd ərzisində çıxarışla əldə etdiyim 0,20 ha torpaq sahəsində mövcud qayda və qanunvericiliyə uyğun bir xidmət obyekti tikmişəm. Çox təəssüfləndirici haldır ki, elektrik təchizatı olmadığına görə bu obyekti işlədə bilmirəm.
Obyektin elektrik enerjisilə təmin edilməsi məqsədilə lazım olan texniki şərtin alınması üçün 2015-ci ildən Şəki Elektrik şəbəkəsinə müraciət etmişəm. Şəbəkədən mənə elə nağıllar uydurdular ki, heç ağlabat deyil. Mən də onlara izah etdim ki, adi bir kommersiya obyekti üçün, qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsinə olsa-olsa 400-500 manat rüsum ödəyə bilərəm. Mənimlə razılaşmadılar. 2000-3000 AZN pulun ödənilməsindən dəm vurdular. Guya dövlət bunu tələb edir. Odur ki, tələb olunan, mənə diqtə etdikləri “rüsumu” ödəyə bilmədiyimə görə, hələ də texniki şərt ala bilməmişəm.
Cənab Energetika nazirindən də xahiş edirəm ki, əvvəlcə mənim məsələmə aydınlıq gətirsin görək, rayon ərazisində 20 kv m sahəsi olan balaca bir kafe üçün texniki şərtin alınmasına görə dövlət bizdən nə qədər rüsum ödəməyi tələb edir? Bu suala aydınlıq gətirildikdən sonra mən tələb olunan dövlət rüsumunu dərhal ödəməyə hazıram. Amma şeytanların da, inkir-minkirin də baş aça bilmədiyi Şəkinin aidiyyatı yerli məmurlarının tələb etdiklərini heç vaxt ciddiliyə ala bilmərəm.
Cənab Prezidentdən də xahişim budur ki, rayonlrın sosial inkişafı üçün keçirdiyi islahatların, dövlət proqramlarının icrası zamanı aidiyyatı yerli məmurlar biz xırda sahibkarların düşdüyü çətin vəziyyəti nəzərə alaraq, məhz dövlətin tələb etdiyi rüsumları bizdən tələb etmələrinə göstəriş verəsiniz”.


Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.