​Xoşqədəm Həsənovanı qətlə yetirmiş Quba sakini məhkəmə qarşısında

Baxış sayı:
11095

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Quba rayon sakini Fazil Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 29-na təyin edilib.
Qətl hadisəsi ötən ilin oktyabr ayında paytaxtda baş verib. F.Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.
Məlumata görə, Həsənov bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb. Qətl hadisəsi mərhumun 11 yaşlı oğlunun gözləri önündə baş verib. F.Hüseynov hadisədən sonra Quba rayonunun Ərməkiqışlaq kəndinə gedərək oğlunu atasının evinə qoyub və polisə təslim olub.
Təqdirləndirilən F.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb./Virtualaz