​Xomeneyi etiraz aksiyalarından danışaraq Ruhanini TƏNQİD ETDİ: Onun arxasında...

Baxış sayı:
3136

İranın ali dini lideri Ayətullah Əli Xomeneyi günlərdir davam edən etirazlardan sonra ilk dəfə çıxış edib.
Muxalifət.az xəbər verirki, dini lider çıxışı zamanı ölkədə baş verənləri birbaşa xarici qüvvələrin İrana müdaxiləsi adlandırıb:
"Xarici qüvvələr İranda daxili nizam-intizamı alt-üst etməyə çalışır. İranın "dost" görünməyə çalışan düşmənləri çoxdur. Günlərlə davam edən aksiyalarda ölənlərin sayı 30-a çatıb. Bu üsyanı qaldıranlar isə öz məqsədlərinə çatmaq üçün günahsız insanları qurban edilər. Onların məqsədi pul, silah, hakimiyyət həvəsidir".
Xomeneyi prezident Həsən Ruhaninin İranda üsyana cəhd edən vətəndaşlara qarşı olan yumuşaq münasibətini də tənqid edib. (Həsən Ruhani belə demişdi: "Bir qrup kəşfiyyatçıya qoşulan vətəndaşlar yalnız öz fikirlərini və problemlərini hakimiyyətə eşitdirmək məqsədilə küçələrə çıxıblar. Onların məqsədi hakimiyyəti devirmək deyil" - red.)
Xomeneyi İranda üsyana cəhd edən hər bir nümayişçinin xarici qüvvələrdən əmr aldığını vurğulayaraq onları ölkəyə daxil olan "bir qrup kəşfiyyatçı" adlandırıb:
"Bunların arxasında kimlərin dayandığını bilirik. Bir qrup kəşfiyyatçıa qoşulan vətəndaşlar isə yalnız öz fikirlərini və problemlərini hakimiyyətə eşitdirmək məqsədilə küçələrə çıxıblar. Onların məqsədi hakimiyyəti devirmək deyil".
O qeyd edib ki, etirazçıların hər biri xarici ölkədən əmr alan, gizli yollarla İrana daxil olan bir qrup kəşfiyyatçıdır və onların arxasında kimlərin dayandığını bilirik.