​Xırdalanda qorxulu yanğın - ONLARLA SAKİN ÖLÜMDƏN DÖNDÜ - VİDEO

Baxış sayı:
6331

Martın 5-də gecə saat 4 radələrində Xırdalan şəhəri 28-ci məhəllə binalardan birinin blokunda yanğın baş verib. 
Bakupost.az-ın xəbərinə görə, gecə vaxtı qısa müddət ərzində binadakı onlarla mənzil tüstüyə bürünüb. 
Sakinlər deyir ki, binanın qaz və elektrik təchizatı xətlərinin keçdiyi yerdə baş verən yanğın gec söndürülsəydi, nəticə bütün bina sakinləri üçün faciəvi olardı. 
Yanğın nəticəsində 162 ailənin yaşadığı binanın elektrik təhçizatı kəsilib. Elektrik şitləri dəhşətli səslə partlayıb və sakinlərdə həyacan yaradıb. 
FHN əməkdaşlarının müdaxiləsindən sonra yanğın söndürülüb.