Xırdalanda kişi 4-cü mərtəbədən yıxıldı

Baxış sayı:
5245

Abşeron rayonunun Xırdalan şəhərində ehtiyatzılıqdan yıxılma hadisəsi baş verib. "Report"un məlumatına görə, 1983-cü il təvəllüdlü Ələkbərov Şamil Sərdar oğlu şəhərdəki yaşayış binalarından birinin 4-cü mərtəbəsindən yerə yıxılıb. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona açıq kəllə-beyin travması və çənə sümüyünün sınığı diaqnozu qoyulub.