​Xırdalanda intihara cəhd

Baxış sayı:
4066

Abşeron rayonunun Xırdalan şəhərində gənc oğlan intihara cəhd edib.
 
Muxalifət.az
report-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Hüseynov Gülağa Rövşən oğlu naməlum şəraitdə özünə bıçaqla zərbə vurub.
O, qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.