​Xaricdə döyüşən 6 azərbaycanlı saxlanılıb

Baxış sayı:
6361

Keçən il beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər nəticəsində xaricdə münaqişə zonalarında döyüşən 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup zərərsizləşdirilib. Dövlət sərhədinin pozulmasına görə 609 nəfər, rejim qaydalarının pozulmasına görə isə 13 min 458 nəfər saxlanılıb. (ONA.az)