XAOS PLANI İFŞA OLDU: Terrorçularla iş birliyi ortaya çıxdı

Baxış sayı:
7042

Türkiyə tarixinin ən böyük perspektiv layihələrindən biri olan İstanbul Hava Limanı layihəsinə kölgə salmaq üçün terror təşkilatlarının əməkdaşlıq etdiyi müəyyənləşib.
 
Saxta şəxsiyyət təqdimatı ilə işçilərin arasına sızaraq onları təxribata çəkmək cəhdində DHKP-C, TKP/ML terror təşkilatı üzvlərinin xaos planının sosial mediadakı xəyanət fişənginin də Pensilvaniyadan atıldığı ortaya çıxıb.
İstintaq aparan təhlükəsizlik orqanları FETÖ-nun İstanbul Hava Limanı ilə bağlı sosial mediadakı trol dəstəsinə və üzvlərinə verdiyi tapşırıqları ifşa edib. İstanbul Hava Limanındakı işçilər arasında təxribat fəaliyyətləri sürərkən FETÖ başçısının nəzarətindəki Pensilvaniyadakı komanda da sosial mediadakı trol dəstəsinə yaradılan xaos planı üçün təlimat tapşırığını verib. Bundan sonra süni etirazlar yaratmaq üçün ictimai dəstək görüntüsü yaratmaqla ictimai rəy formalaşdırmağa başlanılıb. Təşkilat üzvlərinə isə qaralama kampaniyasına tweet-lə atılaraq, müzakirələrdə iştirak edərək dəstək verməsi göstərişi verilib.
Bundan başqa, Pensilvaniyada edilən haştag saatında tweet atılması və tanınmış adamların da əlavə olunaraq ictimai rəyə təsirin təmin olunması tələb olunub. Bu etiketlə atılan tweet-in 60 faizinin Türkiyə xaricindən olması da FETÖ əməliyyatını nümayiş etdirib. FETÖ-nin sosial mediada yaratdığı süni ictimai rəylə xarici xəbər agentliklərinin da təxribatı böyütmək üçün hərəkətə keçirildiyi və beynəlxalq ictimai rəyin firmalaşmasına töhfə verdikləri qeyd olunub.
Müxalifət.az