Xanım sahibkarın 12 min manatı mənimsənilib – BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
26616

Göyçay rayonu Natəvan küçəsi ev 7 A mənzil 44-də yaşayan sahibkar xanım Mayılova Minayə Seyidağa qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif qarşılaşdığı qanunsuzluqdan yazır: “Mən uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vaxtlı-vaxtında dövlətə vergi ödəyirəm. Fəaliyytimdə heç bir nöqsan olmayıb. Ancaq səlahiyyətlərindən sui-istifadə edib saxtakarlıqla məşğul olan bəzi vəzifəli şəxslər var ki, onların saxtakarlığına görə sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşam. Belə ki, Göyçay rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşı Qurbanov İlqar Afad oğlu mənim 12 000 manatlıq məhsulumu satıb mənimsəmişdir. Bu pul məni sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur edib. Mən cücə inkubatoru işlədirdim. İlqar Qurbanov məndən müqavilə əsasında 12 000 manatlıq cücə götürüb Zaqatala, Qax, Baləkən və İsmayıllı rayonlarında satmışdır. O, indi pulumu vermək istəmir. Deyir ki, pulum yoxdur... Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova müraciət edib, xahiş edirəm ki, mənim halal 12 000 manat pulumu mənimsəmiş Qurbanov İlqar Afad oğlunun barəsində ciddi tədbirlər görəsiniz”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.