​XAMENEİNİN ƏSAS VARİSİ ALMANİYADAN QAÇDI

Baxış sayı:
836

İranın Məhkəmə Sisteminin keçmiş rəhbəri Mahmud Haşemi Şahrudi Almaniyanı tərk edib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet Şahrudinin Almaniyanı ona qarşı federal prokurorluq tərəfindən ittiham aktı irəli sürüldükdən sonra tərk etdiyini bildirib. Şahrudinin ölkədən “İran Eyr” aviaşirkətinin təyyarəsi ilə qaçdığı vurğulanıb.
Qeyd edək ki, Şahrudi Hannover şəhərinə dekabrın 21-də beynindəki şişin müalicəsi üçün gəlib.
O, İranın Ali Dini lideri Əli Xameneinin əsas varislərindən biri sayılır. 1999-2009-cu illərdə 2000 nəfərin edam etdirilməsində günahkar bilinir. Onun edam etdirdiyi şəxslər arasında yeniyetmələrin də olduğu iddia edilir.