Xamanei Yaponiyanın baş nazirinin təklifini rədd etdi: “Trampa heç bir cavabım yoxdur və olmayacaq”

Baxış sayı:
8038

Muxalifet.az xəbər verir ki, İran ilə ABŞ arasında vasitəçilik eləmək üçün Tehrana səfər eləmiş Yaponiya baş naziri Abe Şinzo ilə görüşən İranın ali dini lideri Əli Xamanei Şinzonun “ABŞ prezidentinin mesajını sizə çatdırmaq istəyirəm” sözlərinin cavabında deyib: “Ciddiyyətinizə və xoş niyyətinizə qətiyyən şübhə eləmirəm, lakin cənab Trampı mesaj mübadiləsi üçün uyğun hesab eləmirəm. İran ABŞ-a güvənmir və nüvə müqaviləsi çərçivəsində ABŞ-a əvvəllər həyata keçirilmiş acı müzakirə təcrübəsi heç bir şəkildə təkrar edlməyəcəkdir. Mənim Trampa heç bir cavabım yoxdur və olmayacaqdır”.