Xalq Tel Abyadda 2 minlik ordu qurdu! PKK KÜÇƏYƏ ÇIXA BİLMİR

Baxış sayı:
5548

Türkiyənin hərəkat hazırlığında olduğu və terror təşkilatı YPG/PKK-nın nəzarəti altındakı Tel Abyadda yerli xalq PKK işğalına qarşı 2 min nəfərlik ordu qurub. Bu vəziyyətə bir də Türk döyüş təyyarələri və pilotsuz İHA-ların kəşfiyyat uçuşları da əlavə olunduqda PKK-lı terrorçular qorxudan küçəyə belə çıxa bilməyəcək vəziyyətə düşüb.
 
ASO komandirlərindən İshaq İbn Baba, "Fevraldan etibarən terrorçular baş qərargahı, silah və sursat anbarlarını, kəşfiyyat mərkəzləri ilə düşərgə materiallarını daşımağa başladılar. Təşkilat Tel Abyaddan qaçır, Rəsul Ayn və Ayn İsa bölgələrinə yerləşir" deyib.
Suriyada ABŞ-PKK tərəfdaşlığı ilə işğal olunan şəhərlər arasında Tel Abyadda xalq, terrorçulardan xilas olmaq üçün gün sayır. Sərhəddə yerləşən TSQ ünsürlərinin bu günlərdə 23 PKK-lını məhv edib və Afrindən sonra artan fəallıq, bölgə sakinlərinin azadlıq ümidlərini artırıb.
Münbiç ilə birlikdə Türkiyənin hərəkat hazırlığı etdiyi Raqqanın Tel Abyad rayonunda yaşayanlar, TSQ-yə dəstək üçün 2 min nəfərlik ordu qurub. ASO komandirlərindən İshaq İbn Baba, bölgə xalqının terrorçulara qarşı son dərəcə həssas olduğunu və qurulan orduya qatılmaq üçün 6 min gəncin müraciət etdiyini deyib.
PKK-lı terrorçuların küçəyə çıxmaqdan belə qorxduğunu qeyd edən ASO komandiri, bölgədə patrul uçuşlarını artıran Türk döyüş təyyarələri və İHA-ların kəşfiyyat məlumatına görə, terror cəbhəsində böyük qorxu və təşviş yaşandığını söyləyib. İshaq ibn Baba, rayondakı prosesləri belə təsvir edib:
 
QƏRARGAHI KÖÇÜRDÜLƏR
 
“Fevral ayının əvvəlindən etibarən baş qərargahlarını, silah və sursat anbarlarını, kəşfiyyat mərkəzləri və təlim məqsədli fəaliyyət aparan düşərgələrdə yerləşən materiallarını daşımağa başladılar. Təşkilat, Tel Abyaddan qaçır, Rəsul Ayn və Ayn İsa bölgələrinə yerləşir. TSQ ötən günlərdə təftiş nöqtəsində Türkiyəyə təcavüz aktına  hazırlaşan 23 PKK-lını məhv edib. Buna bir də PKK-nın üst səviyyədəki şəxslərindən olan Ömər Alluşun Tel Abyadda hələ də qatilləri tapılmayan sui-qəsdlə öldürülməsi əlavə olundu. Son 1 ay yarımdır ki, heç bir PKK-lı küçəyə çıxmır. Ayn İsa və Rəsul Aynda qalırlar. Sərhədə və rayonun giriş-çıxışlarına muzdlu döyüşçülər yerləşdirilib. PKK heyəti bəzən günlərlə gəlmir. Gələndə isə ABŞ tərəfindən PKK-ya verilən zirehli vasitələrlə qısa müddət qalıb, geri dönürlər".
Müxalifət.az