​Xalq rəssamı Altay Hacıyev vəfat etdi

Baxış sayı:
9379

Azərbaycanın xalq rəssamı Altay Hacıyev vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilir ki, fevralın 12-də dünyasını dəyişən Altay Hacıyev 1931-ci il aprelin 2-də Bakıda rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. Altay Hacıyev 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. "Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və başqa əsərlərin müəllifidir./Virtualaz