Xalq PKK-ya qarşı AYAĞA QALXDI

Baxış sayı:
1672

Suriyanın İdlib bölgəsinde müxaliflərin sürətlə irəlilədiyi, Münbiçdə isə xalqın terror təşkilatı PKK-ya qarşı ayağa qalxdığı bildirilib.
 
XALQ PKK-ya QARŞI AYAĞA QALXDI
 
“Star” qəzetinin yazarı Ardan Zentürk, Twitter hesabından verdiyi açıqlamada, "Suriyadan mühüm xəbərlər var. İdlibdə Baas və Şiə milis cəbhəsi çökmüş vəziyyətdədir, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu(ASO) sürətli irəliləyir, Münbiçdə isə xalq PKK-ya qarşı ayağa qalxdı, toqquşma xəbərləri gəlir. Dayanın görək" deyə, bildirib.
 
 MİNARƏLƏRDƏN TƏKBİR GƏTİRİLİR
 
Jurnalist Levent Kamal isə Twitter hesabından paylaşdığı xəbərdə, "İdlibin bir çox bölgəsində müxalifətçilərin təkrar ələ keçirdiyi yaşayış məntəqələrindəki məscid minarələrindən təkbirlər gətirilir" deyə, bildirilib.

Müxalifət.az