Xalq PKK terrorçularını bir-bir aradan götürür: SUİ-QƏSDLƏR

Baxış sayı:
4609

Rakkada xalqın evlərinə qayıtmasına imkan verməyən, yerli əhalini idarəetməyə buraxmayan, etiraz edənlərə qarşı qırğınlarını davam etdirən YPG-yə qarşı xalqın səbri daşıb. Rakkalılar YPG terrorçularını bir bir öldürür.
 
Təşkilatı şəhərdən çıxarmaq istəyən yerli qüvvələrin hücumlarını və dinc etirazlarını silahla yatıran YPG-PKK, sui-qəsdlərlə üz-üzə qalıb.
Təşkilatın şəhərdən çıxaraq idarəetməni yerli qüvvələrə təhvil verməsini istəyən silahlı Ərəblər, may ayından bu yana zaman-zaman YPG/PKK ilə toqquşarkən, mülki şəxslər də etirazlar təşkil edir.
YPG/PKK, aksiyalara qatılan əhaliyə atəş açaraq bir çoxunu həbs edərək qorxutmağa çalışır.
 
Sui-qəsdlər artır, humanitar böhran davam edir
 
Son dövrdə YPG/PKK-lı terrorçulara qarşı naməlum sui-qəsdlər də artıb. Səbri daşan xalq və silahlı Ərəblər terrorçu YPG-liləri gördüyü yerdə öldürməyə başlayıb.
 
15 PKK-lı öldürüldü
 
Motosiklet, susturucu və partlayıcılar istifadə edərək YPG/PKK-lı terrorçuları hədəfə alan aksiyalarda, keçən ay Rakka rayon mərkəzi və Tabka rayonunda ən azı 15 YPG/PKK-lı terrorçu öldürülüb.
Yerli qaynaqlar, sui-qəsdlərin bir qisminin Azad Suriya Ordusu ilə əlaqəli silahlı adamlar və tayfalar tərəfindən təşkil olunduğunu bildirir.
Mənbələr, aksiyaların bəzilərinin də terror təşkilatı İŞİD-ın yatan hücrələri tərəfindən həyata keçirildiyini bildirir.
Müxalifət.az