​XALƏDDİN İSGƏNDƏROV ÖLKƏDƏ “MEYDAN SULAYIR” – Binəqədinin icra başçısı ötən həftə də “liderliyini” qorudu

Baxış sayı:
10233

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayon prokuroru ilə qarşı-qarşıya gəldi”, “Xaləddin İsgəndərovun Binəqədidə məhv etdiyi zeytunluqda SON DURUM”“Sakinlər səksəkədə: Xaləddin İsgəndərov binanı Hələbə çevirib - Fotolar” başlıqlı 3 məqalənin 24 saytda yayılması ilə, keçən həftə olduğu kimi, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutmuşdur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri isə “Şəmkirin icra başçısının milyonluq əmlakı - SİYAHI” adlı məqalənin 15 elektron KİV-də yayılmasıyla Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Ramiz Yediyarov təkcə sahibkarı əzmir... – GİLEY”“Gədəbəyli sahibkar prezidentə müraciət etdi - Başçıdan şikayətçidir”  müxtəlif sərlövhəli, lakin eyni məzmunlu məqalənin 6 elektron KİV-də yayılmasıyla Gədəbəy  rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yadiyarov tutur.

Muxalifet.az