​Xaçmazlı məktəblinin İNANILMAZ BACARIĞI – Hava ilə işləyən silah düzəltdi - VİDEO

"ARB Günəş"in efirində yayımlanan sujetdə silah maketləri hazırlayan istedadlı yeniyetmə haqqında məlumat verilib.
Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Həmdulla Xəlilov müxtəlif silah maketləri hazırlayır. O, hazırda Kalaşnikov avtomatı və Pulemyot silahlarının maketi üzərində çalışır. Məktəbli siahların hazırlanmasında istifadəsiz və tullantı materiallardan istifadə edir. Maketlərin hissələri kardon lövhələrdən və plastik materiallardan ibarətdir.
Hazırladığı maketləri təkmilləşdirməyə çalışan qəhrəmanımız bu istəyinə müəyyən qədər nail olub. Həmdulla yeni işlər üzərində çalışır. O, yaxın gələcəkdə müxtəlif funksiyaları olan silah maketləri hazırlamaq niyətindədir.