Vəzifəyə gələn kimi otağının qapısını sökdürdü - VİDEO

Baxış sayı:
19483

Amasiya şəhərinin bələdiyyə rəhbəri seçilən MHP-li Mehmet Sarı yeni postunda gördüyü işlə gündəmə gəlib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi rəhbər olduğuna dair möhürlü sənədi MSK-dan aldıqdan sonra ilk iş olaraq bələdiyyədə otağının qapısını sökdürüb. O, bu addımını xalqa daha yaxın olmaq üçün atdığını söyləyib: "Seçki öncəsi vətəndaşlara "bizdə qırmızı işıq yoxdur, gözləmək yoxdur, sanksiya yoxdur" demişdik. Qohum-qardaşınızın evinə necə gəlirsinizsə, bura da elə gələcəksiniz".