“Vətəndaş cəmiyyəti təqib olunur, media basqı altındadır” – Arzu Abdullayeva

Baxış sayı:
2101

"Ədalət naminə həmrəylik" komitəsi Azərbaycan hökumətini siyasi məhbuslar problemini həll etməyə çağırıb. Komitənin bu həftə keçirdiyi iclasda qəbul edilən sənəddə REAL partiyasının lideri İlqar Məmmədovun və digər siyasi məhbusların azad edilməsinə çağırılır. Helsinki Vətəndaş Cəmiyyətinin həmsədri Arzu Abdullayeva Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Azərbaycanda insan haqlarının durumu və siyasi məhbus problemindən danışıb.
 
Arzu Abdullayeva ölkədə əsas azadlıqların təmin olunmadığı və siyasi məhbusların sayının artdığını, sosial vəziyyətin pisləşdiyini, medianın basqı altında olduğunu bildirib.
Vətəndaş cəmiyyəti çox təqib olunur. Onun imkanları çox məhdudlaşdırılıb. İmkan verilmir bir fəaliyyət göstərilsin.
“Buna görə "Ədalət naminə həmrəylik" komitəsi yaradıldı. Çünki böyük bir qorxu içindəyik ki, Azərbaycan üçün nə ssenari hazır olunur və kim tərəfindən, hansı qüvvələr tərəfindən ki bu siyasi məhbuslar azalmır, əksinə çoxalır. Vəziyyət, həm sosial vəziyyət və ümumiyyətlə insan azadlığı təmin olunmur, əksinə gün-gündən pisləşir.”​
Rəsmi Bakı ölkədə siyasi məhbus probleminin mövcud olduğunu qəbul etmir. Arzu Abdullayeva hüquq-müdafiəçilərinin müraciətlərinə hökumət tərəfindən rəsmi cavabın verilmədiyini deyib. Onun sözlərinə görə, "Ədalət naminə həmrəylik" komitəsi hökumətlə məsələ ətrafında dialoq yaratmağa, kommunikasiya kanalları tapmağa çalışır. Lakin hüquq müdafiəçisi ölkədə vətəndaş cəmiyyətinin təzyiqlərə məruz qaldığını bildirib.
Biz ədalət gözləyirik. Bu hökumətin, bu dövlətin ədalətli hökumət, ədalətli dövlət olmasını istəyirik.
“Vətəndaş cəmiyyəti çox təqib olunur. Onun imkanları çox məhdudlaşdırılıb. İmkan verilmir bir fəaliyyət göstərilsin. İmkan verilmir ki, bir maliyyə dəstəyi olsun hansısa yaxşı bir layihəni, vətən üçün qulluq edən layihəni həyata keçirsin vətəndaş cəmiyyəti.”
Arzu Abdullayeva REAL partiyasının lideri İlqar Məmmədovun həbsdə saxlanması ilə bağlı narahatlığını ifadə edib.
“Hamı, bizim ətrafımızda olan normal adamlar hamı başa düşür, bilir ki, İlqarın zərrə qədər günahı yoxdur. Günahsız adam neçə ildir həbsxana şəraitində qalıb.”
Hüquq-müdafiəçisi bloger Mehman Hüseynov, jurnalist Seymur Həzinin həbsdə qalması, NİDA-çı gənc İlkin Rüstəmzadənin səhhətindəki problemlərlə bağlı narahatlığını ifadə edib.
“Biz ədalət gözləyirik. Bu hökumətin, bu dövlətin ədalətli hökumət, ədalətli dövlət olmasını istəyirik.”
Hamı, bizim ətrafımızda olan normal adamlar hamı başa düşür, bilir ki, İlqarın zərrə qədər günahı yoxdur. Günahsız adam neçə ildir həbsxana şəraitində qalıb.
Arzu Abdullayeva ölkə vətəndaşlarının ölkənin sosial-iqtisadi problemlərinin müzakirəsində fəallıq göstərməli olduğunu bildirib. Lakin o, son dövrdə mətbuata və vətəndaş cəmiyyətinə təzyiqlərin artdığını qeyd edərək, bunun radikal əhval-ruhiyyənin yaranmasına gətirib çıxara biləcəyi ilə bağlı artan narahatlıqlara səbəb olduğunu deyib.
“Vətəndaş cəmiyyətini sındıra-sındıra gediblər. Kimi sındırıblar, kimsə apatiyadadır, kimsə biznesə gedib. Yəni işləməyə də imkan verilmir. Belə bir şəraitdə radikal elementlərin peyda olması labüddür. Və biz bunun mövcudluğunu artıq Gəncə hadisələrində də gördük, başqa hadisələrdə də ola bilər. Bu da bir sualdır, əgər vətəndaş cəmiyyətini dərkənar edirsən, kənarlaşdırırsan onda əlbəttə, radikal meylli ünsürlər peyda olur."