​Vəliəhddən Fələstinlə bağlı açıqlama: Çənənizi yumun!

Baxış sayı:
7837

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Fələstin rəhbərliyini və şəxsən Mahmud Abbası İsraillə sülhdən imtinaya görə tənqid edib.
Muxalifet.az xəbər verir ki, ABŞ-ın “Axios” portalı Məhəmməd bin Salmanın Mahmud Abbası martın 27-də Nyu Yorkda yəhudi təşkilatları rəhbərləri ilə qapalı görüşü zamanı tənqid etdiyini yazıb.
Vəliəhd iclasda son onillər ərzində Fələstin rəhbərliyinin bir neçə sülh imkanını əlindən verdiyini və indi onların səslərini kəsib masaya oturmaq vaxtlarının çatdığını deyib:
"Son 40 ildə fələstinlilərə bir çox fürsətlər təqdm edildi. Lakin onlar hər təklifin əksinə hərəkət etdilər. İndi isə fələstinlilər təklifləri qəbul edib, masa ətrafına toplaşmalıdırlar. Bunların da heç birini etmirlərsə, o zaman çənələrini yumsunlar, - deyə vəliəhd bildirib.
Bin Salman hazırda Ər-Riyad üçün əsas prioritetin Fələstin yox, İran olduğunu da vurğulayıb.