Vəliəhd şahzadəsi ilə bağlı İddiaya ilk rəsmi açıqlama

Baxış sayı:
7456

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, Camal Qaşıqçı cinayəti səbəbi ilə kral ailəsində bəzi şəxslərin vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta çıxma zamanının dəyişdirilməsini təklif etdikləri istiqamətində çıxan xəbərlərə təpki göstərib. Səid ibni Cübeyr, bu iddialar haqqında, "Şok edici və yolverilməzdir" deyib.
 
Cubeyr, bu fikirləri  ABŞ mərkəzli bir xəbər kanalına verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, öldürülən jurnalist Camal Qaşıqçı cinayəti səbəbi ilə kral ailəsində bəzi şəxslərin vəliəhd şahzadə bin Salmanın taxta çıxma zamanının dəyişdirilməsini təklif etdikləri yönündə beynəlxalq mətbuatda xəbərlər dərc olunmuşdu. Xəbərləri, "Şok edici və qəbul edilməz" kimi kimim dəyərləndirən Cubeyr, "Bunlar absurd və uyğunsuzdur. Səudiyyə Ərəbistanının rəhbərliyi kral tərəfindən təmsil edilir və vəliəhd şahzadə, qadın və ya kişi olsun, hər Səudiyyəli üçün qırmızı xəttdir" deyə bildirib.
Müxalifət.az