“Vəliəhd Şahzadəni xilas etmək üçün həbs olunan 18 nəfəri edam edəcəklər”

Baxış sayı:
5869

Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayətini qəbul etməsindən sonra Türk-Ərəb Media Dərnəyinin sədri Turan Kışlakçı mühüm bir açıqlama verib.
 
Kışlakçı, həbs olunan 18 nəfərin əhəmiyyətli şəxslər olduğunu bildirərək "Öldüyünü qəbul etdilər. Təbii hazırda önəmli olan şey cəsədin harada və nə vəziyyətdə olmasıdır. Bu 18 nəfərin yaxın günlərdə edam olunduğunu eşidəcəyik. Bu 18 nəfərin içərisində Türkiyəyə gələn 15 nəfərin hamısı var. Şahzadə Məhəmməd bin Salmanı xilas etmək üçün bu insanları qurban verəcəklərini düşünürəm" deyib.
Müxalifət.az