​Vəliəhd bin Salmanın 5 min nəfərlik şəxsi ordusu varmış - ŞAHZADƏLƏRİ ONLAR HƏBS EDİRMİŞLƏR?

Baxış sayı:
22991

Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri və taxt-tac varisi Məhəmmən bin Salman dünyanın ən böyük özəl hərbi şirkəti “Bləkvotə”yə (Blackwater) analoji ordu yaradıb.
“Əl-Əcrab qılıncı” adlanan qurum hələ 2015-ci ildə formalaşıb, lakin Kral qvardiyasının tərkibində birbaşa və yalnız vəliəhdə tabe olan bölmənin olduğu heç kimə bəlli deyildi.
Qrupun tərkibinə əsaslı hərbi hazırlıq keçmiş 5 min nəfər sıravi əsgər və zabit daxildir. Bu orduya çevik qüvvələr, hava desantı, hərbi üzgüçülər, etirazları dəf eləmək üçün dəstələr, minaaxtaranlar, həmçinin snayerlər daxildir.
Nəşrin qeyd elədiyi kimi, elit briqadanın qarşısında duran məsələlər bunlardır: kralın və vəliəhdin, VİP şəxslərin, kral iqamətgahlarının müdafiəsi, həmçinin kralın və oğlunun təşkil elədiyi bütün tədbirlərin təhlükəsizliyinin təmin edilməsi.
Bəzi məlumatlara görə, Məhəmməd bin Salmanın nəzarəti altında olan dəstələr ötən ilin noyabrında korrupsiyada şübhəli bilinən şəxslərin həbs edilməsi əməliyyatında iştirak ediblr. O zaman onlarla biznesmen, vəzifədə olan və keçmiş nazirlər, şahzadələr həbs edilərək Ər-Riyaddakı “Riz Karlton”otelində saxlanılmışdı. Ordunun adını daşıdığı “Əl Əcrab” – ikinci Səudiyyə dövlətinin (1824-1834) əsaını qoyan imam Turki bin Abdulla bin Məhəmməd Əl Səudun (1755-1834) adı ilə bağlıdır. XIX əsrdə qılınc imam Səud bin Feysal əl Səud tərəfindən Bəhreynin o vaxtlı idarəçisi İsa bin Xəlifə verilmişdi. Əl Xəlifin hakim ailəsi qılıncı 140 il saxladıqdan sonra, Səudiyyə kralı Abdulla bin Əbdüləziz əl Səuda qaytarmışdı. Sonra qılınc, 2015-ci ildə taxta çıxan indiki kral Salman bin Əbdüləziz əl Səuda miras qalıb.