“Vicdanımızı unutsaq, Afrini 3 GÜNDƏ ALARDIQ” – ƏRDOĞAN

Baxış sayı:
2686

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının konfrasında çıxış edərkən Afrinlə bağlı şok fikirlər səsləndirib.
 
Ərdoğan Afrində irəliləyişin davam etdiyini bildirib:
 
900 KVADRAT KİLOMETR SAHƏ TƏMİZLƏNİB
 
“Afrindəki irəliləyişimiz davam edir. Zərərsizləşdirilən terrorçu sayı 3213 oldu. “Zeytun Budağı” Hərəkatında qəhrəmanlarımız dastan yazır. Bu ana qədər 900 kvadrat kilometr sahə terrorçulardan təmizlənib.
Bizim Suriyada tək bir məqsədimiz var. O da sərhədlərimiz boyu terror təşkilatını Suriya ərazilərindən təmizləməkdir. Onlar zənn etdilər ki, irəliləyəcəklər, Türkiyə də seyr edəcək. Artıq keçmiş Türkiyə yoxdur. O sənin dediyin Türkiyə keçmişdə qaldı. Vicdanımıza, əxlaqımıza rəfə qaldırmış olsaq, Afrini 3 günə ələ keçirərik. Biz onlar kimi olmadıq, olmayacağıq. Dağıtmağın, məhv etməyin ardınca düşmədik. Tariximiz boyu yaşatmağın arxasınca qaçdıq. Bu gün də eynisini edirik.
Terror təşkilatının və onu dəstəkləyənlərin Suriyada nə istədiklərini çox yaxşı bilirik. Onun üçün də onların üzərinə gedirik. Amma kimsə bizə yanlış baxmasın. Əgər bizə yanlış baxsalar, o zaman iki barmağımız bunların iki gözündə olacaq”.
 
NATO-ya SURİYA ÇAĞIRIŞI
 
“Ey NATO haradasan? Türkiyə NATO ölkəsi deyil? Bu qədər mübarizə aparırıq! Haradasınız? Əfqanıstanda çağırdın, gəldik, Somaliyə, Balkanlara gəldik. İndi də mən çağırıram. Türkiyə təhdid altındadır, niyə gəlmirsən? Ədalətli davranın. Yalnız quru kəlamlar bizi doydurmur. Sözə gələndə insan haqları məsələsində hökm kəsənlər, Suriyada, İraqda sanki gözləri görməz, qulaqları eşitməz olur.
Hər bir böhranın içində yeni fürsətlər vardır, unutmayın. Hər imtahan eyni zamanda bir imkandır”.
Müxalifət.az