Vəfalı Türk yenə gəldi! ƏZAN SƏSLƏRİ YÜKSƏLİR

Baxış sayı:
4084

Afrində terror təşkilatı PKK/PYD-yə qarşı başlanılan Zeytun Budağı Hərəkatı uğurla davam edir.
 
Əməliyyatda bir çox nöqtə terrorçulardan təmizlənib. Terrorçulardan təmizlənilən kəndlərdə isə əzan səsi əks-səda verir.
 
TERRORÇULAR KÜNCƏ SIXIŞDIRILDI
 
Afrin mərkəzinə uğurlu bir şəkildə irəliləyən TSQ, bölgədə terrorçuları mühasirəyə almış vəziyyətdədir. Strateji məntəqələri bir-bir təmizləyən Türk və ASO əsgərləri bu günə qədər 2434 terrorçu məhv edib.
 
 TÜRK ƏSGƏRİ XİLAS EDİLƏN KƏNDLƏRDƏ ƏZAN OXUYUR
 
Bölgə xalqını “Zeytun Budağı” Hərəkatı ilə rahatlığa qovuşduran Türk əsgəri, terrorçulardan təmizlədiyi kəndlərdə əzan oxuyur. Yerli əhalinin bu gün ən çox təkrar etdiyi deyim isə budur: “Vəfalı Türk yenə gəldi, yenə əzan səsi yüksəldi”.
Müxalifət.az