Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

Ukraynanın Donetsk şəhərində “Donetsk Xalq Respublikası” separatçı qurumun “vergilər naziri” Aleksandr Timofeyevə sui-qəsd təşkil edilib.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda separatçı qurumdakı mənbə bildirib.
“İki partlayış baş verib. DXR-in vergilər nazirinə sui-qəsd edilib. Onun vəziyyəti kritikdir”, - agentliyin həmsöhbəti deyib.
Məlumata görə, hadisə Donetskin mərkəzində, Sülh prospektində baş verib. Hazırda hadisə yeri mühasirəyə alınıb./Publika.az/