Venesuelaya gələn “humanitar yardım” maşınından baxın nə çıxdı!

Baxış sayı:
8200

 Venesuelanın xarici işlər naziri Jorge Arreaza 23 fevralda Kolumbiyadan Venesuelaya girməyə çalışarkən yandırılan “humanitar yardım” dolu bir yük maşınında barrikadaları yaratmaqda istifadə edilən vasitələr aşkar edildiyini açıqlayıb.
 
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Arreaza, yük maşının Kolumbiya tərəfindən atılan Molotov kokteyli ilə yandırıldığını bildirərək, "Yük maşınını araşdırdıq. İçindən ərzaq və dərmanlardan başqa, barrikadalarda istifadə edilən vasitələr: Tel, çəpər, mismar çıxdı. Radikal müxalifət bunları etməyə öyrəşib" deyib
Sərhəddə etirazçılara qarşı heç vaxt ölümcül silaha əl atılmadığını qeyd edən Venesuelalı nazir, sadəcə göz yaşardıcı qazdan istifadə edildiyini vurğulayaraq, "Təcavüzkarlığın mənbəyi Kolumbiya tərəfidir" - deyib.
Müxalifət.az