Venesuelanın saxta prezidenti Guaido xalqı yenidən küçələrə çağırdı

Baxış sayı:
10291

Venesuelada özünü dövlət başçısı elan edən Juan Guaido bütün müxalifləri 1 may tarixində küçəyə çıxmağa çağırıb.
 
Guaido prezident Nikolas Maduronun qanuniliyini qəbul etməyən ABŞ-ın da daxil olduğu bir çox Qərb və Latın Amerika ölkəsi tərəfindən dəstəklənir.
Bütün tərəfdarlarını may ayının 1-də küçələrə çıxmağa çağıran Guaido, təşkil olunan yürüşün ölkə tarixində ən böyük aksiya olacağını deyib.
Venesuelanın hakim Birləşmiş Sosialist Partiyasının tərəfdarları və dövlət məmurları da 1 mayda hökuməti dəstəkləmək üçün küçələrə çıxacaqlar.
Müxalifət.az