Venesueladan Tramp və müavini Pensə çağırış: Dərhal istefa verin!

Baxış sayı:
2059

Venesuelanın xarici işlər naziri Jorge Arreaza ABŞ prezidenti Donald Tramp və onun müavini Mayk Pensə çağırış edib. Arreaza Tramp və Pens-in insanlığın gələcəyi üçün istefa etməsi lazım olduğunu söyləyib.
 
Arreaza Venesuela prezidenti Nikolas Maduronu ölkəsinin gələcəyi üçün istefa verməyə çağıran Pensə cavab verib.
Arreaza, "Təcili! Donald Tramp, Mayk Pens və komandası bütün insanlığın gələcəyi üçün getməlidir!" deyə bildirib.
Müxalifət.az