Venesueladakı Türk iş adamı danışdı! “O xəbərlər yalandır”

Baxış sayı:
8683

Venesuelada xaosun yaranmasını təbliğ edən ABŞ mediasının xəbərlərinə ölkədə yaşayan Türk işadamı münasibət bildirib. MÜSİAD-ın Venesuela nümayəndəsi Hayri Kucukyavuz Qərb mediasının təsvir etdiyi kimi, küçələrdə xaos və aclığın olmadığını söyləyib.
 
Hayri Küçükyavuz, "Paytaxt Karakasda yaşayıram. İqtisadiyyatda durğunluq yaşanır, amma burada bir soyğunçuluq, aclıq, səfalət, xalqın küçəyə tökülməsi kimi bir vəziyyət söz mövzusu deyil" deyib..
 
MADUROAYA XALQ DƏSTƏYİ GÜCLÜDÜR
 
Qərb mediaInın ABŞ çevrilişinə zəmin hazırlayan xəbərlərinə etibar edilməməsi lazım olduğunu söyləyən Hayri Küçükyavuz, "Kənardan bir hərbi müdaxilə olmadığı təqdirdə çətinlik yaşanmayacakdır. Çünki prezident Maduro təhlükəsizlik güclərinə hakimdir" deyib. Küçükyavuz ölkədəki siyasi vəziyyəti də "Bir neçə nümayiş var, amma xalqın 30 faizi Maduronu dəstəkləyir. Vətəndaşların qalan qisimləri isə qərarsızdır və müxalifət üstünlük təmin edə billmədiyi üçün problem yaşanmır" sözləriylə şərh edib.
 Türk iş adamı, Juan Guaidonun 15 gün əvvələ qədər Venesuelada tanınmadığını və ABŞ dəstəyiylə "müvəqqəti prezident" elan edildiyini söyləyib.
Müxalifət.az