Venesuelada yeni gəlişmə: ABŞ-ın oyunu ifşa oldu

Baxış sayı:
4219

ABŞ-ın “New York Times” (NYT) qəzeti keçən ay Venezuelaya soxulmağa çalışılırkən sərhəddə yanan humanitar yardım konvoylarının Venesuelanın dövlət başçısı Nicolas Maduroya bağlı qüvvələr tərəfindən yandırılmadığının ortaya çıxdığını yazıb.
 
Daha əvvəl heç yayımlanmamış yeni videolar əldə edən və görüntüləri araşdıran “NYT”, Venesueladakı Maduro müxaliflərinin və ABŞ rəsmilərinin "Maduronun əmri ilə sərhəddəki humanitar yardım TIR-larının yandırıldığı" iddiasının doğru olmadığını yazıb.
NYT humanitar yardım konvoylarındakı yanğının Maduroya etiraz edənlərin atdığı bir molotov kokteyli üzündən başladığının görüldüyünü qeyd edib.
Hadisə günü Kolumbiya hökumətinin təhlükəsizlik kameralarının çəkdiyi yanan yük maşınının görüntülərini ABŞ orqanları və Kolumbiyalı jurnalistlərlə paylaşdığını xatırladan “NYT”, ancaq görüntülərdən alovların yük maşınlarını sarmasından əvvəlki 13 dəqiqəlik qisminin kəsildiyini vurğulayıb.
“NYT” ayrıca, yanan maşınlarda, ABŞ-ın iddia etdiyi kimi, xəstəxanalarda istifadə ediləcək dərmanlar deyil, yalnız üz maskası və əlcək kimi tibbi gigiyenik materialların olduğu məlumatını də paylaşıb.
Müxalifət.az