Venesuelada həyat dayandı! Madurodan kritik təlimat

Baxış sayı:
6304

Venesuelanın 23 vilayətindən 22-də elektrik kəsintisi 20 saat davam edib. Prezident Nikola Maduro təxminən 20 saat ərzində təsirli olan bir elektrik kəsilməsi nəticəsində məktəblərin və dövlət qurumlarının bağlanmasına əmr verib. O, iş yerlərinin açılmamasına əmr etməklə onların qarət edilməməsinin qarşısını alıb. Bu günə qədər heç bir problemin olmadığı bildirilən paytaxt Karakas şəhərinin bəzi sahələri tədricən elektriklə təmin olunub. Rabitə naziri Jorge Rodruez də dövlət televiziyasındkı çıxışında günün sonuna qədər bütün ölkədə elektrik enerjisinin təkrar bərpa olunacağı müjdəsini verib. Maduro hökumətinin elektrik kəsilməsində məsuliyyət daşıdığını deyən ABŞ-ın Respublikaçı senatoru Marko Rubio, bir daha ölkədəki vəziyyətlə bağlı Maduro hökümətini lağa qoyub: “Venesuela xalqından üzr istəyirəm. Apple-dan yüklədiyim "elektron hücum" proqramının səhv yerini tıkladığımı düşünürdüm”. ABŞ prezidenti Trampun Venesuela üzrə xüsusi elçisi Elliott Abrams, "Venesuelada iqtisadi problemlərə sanksiyaların səbəb olduğununa dair iddiaları qəbul etmirəm, sanksiyalar problemlərə nisbətdə çox yenidir " deyib. Milli şirkət sabotajı təsdiqləyir Milli Elektrik Şirkəti (Corpoelec) Twitter hesabından verdiyi mesajda, elektrik kəsintisinin Guri-dəki stansiyada sabotaj edilməsinin nəticəsi olduğu qeyd edilib. Mesajda, sabotajın detalları verilməyib. Cənub-şərqdə Bolvar əyalətindəki Guri hidroelektrik stansiyası ölkənin elektrik istehlakının təxminən 60 faizini təşkil edir. Müxalifət.az