Venesuela üçün qorxunc iddia! Maduroya ultimatum verildi

Baxış sayı:
3781

 Venesuelada dövlət çevrilişi cəhdi ilk mərhələdə uğursuz oldu. Müxalif lider Xuan Guaidonun xalqı küçələrə çağırması ilə ölkədə sular durulmadı. Ard-arda gələn açıqlamalar isə böyük əks-səda doğurdu.
 
Gün ərzində ABŞ Xarici İşlər naziri Mayk Pompeo Venesuelada hərbi əməliyyatın mümkün olduğu mesajını verdi. ABŞ Müdafiə Nazirliyi Venesuelaya birbaşa müdaxiləyə qarşı fəal hazırlıq olduğu mesajını verməkdən çəkindi, ancaq siyasi təlatüm qalxdıqca ətraflı planların olduğunu da təsdiqlədi.
 
ŞANAHAN AVROPA SƏFƏRİNİ LƏĞV EDİB
 
 Pompeonun bu mesajından sonra ABŞ Müdafiə nazirinin vəkili Patrik Şanahan Avropa səfərini ləğv edib. ABŞ Cənubi Qüvvələr Komandanlığı personal icazələrini ləğv edərək nütün heyəti vəzifəyə çağırıb.
ADMİRAL FALLAR: VENESUELA ÜÇÜN BÜTÜN HAZIRLIQLAR APARILIB
 
 ABŞ Cənub Qüvvələr Komandanlığının komandanı admiral Kreyq Fallar isə vəhşi diktator olaraq adlandırdığı Maduronun layiq olduğu sonu tapacağını söyləyib. Fallar Twitter hesabından da "Venesuela üçün bütün hazırlıqlar aparılıb. Arzumuz ölkədə demokratiyaya dinc bir şəkildə keçilməsidir. Venesuela liderinin tələb etdiyi təqdirdə dəstək verməyə hazırıq" açıqlamasını edib.
 
MADUROYA ULTİMATUM
 
 Bütün bu açıqlamalardan sonra ABŞ mənbələrindən təsdiqlənməyən, ancaq Cənubi Amerika mənbələrinin israrla vurğuladığı iki iddia ortaya atılıb.
Əvvəl Guaidonun xarici əsgərlərin ölkəyə gəlməsinə imkan verən Konstitusiyanın 11-ci maddəsini tətbiq edəcəyi irəli sürülüb. Sonra da Mayk Pompeonun bir ultimatum verərək Maduronun 24 saat ərzində ölkəni tərk etmədiyi təqdirdə olanlardan Maduronun məsul olacağını söylədiyi iddia edilib.
Müxalifət.az