Vaşinqtonda sərtləşən İran davası

Baxış sayı:
10378

Serdar Turgut - Habertürk

Prezident Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton, "İran və ona bağlı bütün qüvvələr çəkilənə qədər əsgərlərimiz Suriyada qalacaq" fikrini səsləndirəndən bu yana Vaşinqtonda onsuz da dərindən sürməkdə olan "İran siyasəti nə olmalıdır" mübahisəsi tamamilə sərtləşməyə başladı.
 
 Belə ki, prezident Obama zamanında, İrana qarşı sərtləşmək istədiyi üçün zərərsizləşdirilən, o zamanın generalı, indiki müdafiə naziri Mattis də sərtləşmə istəyənlərin aqressiv yanaşmaları yanında yumşaq siyasət tərəfdarı kimi görünməy başlayıb.
 Amerikanın yeni Suriya nümayəndəsi Ceyms Cefri də İrana qarşı sərtləşmə tərəfdarı olduğundan daha balanslı siyasət tərəfdarları mübahisəni uduzmuş kimi görünürlər.
 
SENAT DÖVRƏDƏ
 
 Balanslı gedilməsini istəyənlərin köməyinə son anda senat çatdı. Bəzi senatorlar Amerika ordusunun Suriyadakı missiyasının İŞİD kimi terrorçulara qarşı mübarizə olduğunu, onların bir başqa dövlətə, məsələn, İrana qarşı müharibə etməyəcəyini deyərək İrana qarşı mübarizə məqsədini qanunsuz hala gətirən bir düzəliş verdilər.
 Buna qarşı Bolton kimi sərtləşmə tərəfdarları isə İrana Suriyada dəstək verən milislərin də terrorçu təşkilat sayılması lazım olduğunu söyləyərək Senatın təşəbbüsünün etibarlı olmadığını irəli sürürlər.
 İrana sanksiyaların bütün ölçüləri ilə dövrəyə girəcəyi noyabr ayına qədər hakimiyyət içindəki bu mübahisənin daha da kəskinləşməsi gözlənilir. Düşünülən sanksiyalara beynəlxalq dəstəyin də olmadığını görən ABŞ rəhbərliyi İran siyasətini hələ dəqiqləşdirməyb. Bolton və ona yaxın olanlar güzəşt vermədən sərtləşməni və hərbi üsullarla rejim dəyişikliyinə gedilməsini istədikləri zaman bunu ABŞ-ın global səviyyədə daha da yanlızlaşmasına gətirəcəyini müdafiə edən hakimiyyət içindəki bir qrup və sanatorlar Trampı inandırmağa çalışırlar.
 
Mckinsey yazısını da blokladılar
 
 Nə vaxt prezident Ərdoğanın və rəhbərliyin düzgün bir iş gördüyünü yazsam, dəstək versəm, o yazımın Facebookda paylşımına blok qoyulduğunu yazmışdım.
 Dünən də eyni şey oldu. "Hakimiyyətin Mckinsey əlaqəsi çox doğru bir qərardır” başlıqlı yazımın da yayılmasını bəziləri bloklayarak əngəllədilər.
 Ölkənin xeyrinə olan bəzi məsələlərin müzakirə edilməsini istəməyən və yalnız özlərinin haqlı olduğunu güman edən faşistlərdir bunlar. Ancaq həqiqətin ortaya çıxmasına nə etsələr də mane ola bilməyəcəklər. Çünki həqiqət nə edilərsə, edilsin sonunda özünü yayacaq bir yol mütləq tapır. Ən azından hamı birlikdə yaşayaraq həqiqəti görəcəyik.
Müxalifət.az