“Vaşinqton Post”-dan Səudiyyə rəhbərliyinə “Qaşıqçı” xəbərdarlığı

Baxış sayı:
9292

 “Vaşinqton Post” qəzeti Səudiyyə Ərəbistanla əlaqələrin normallaşmasının asan olmadığını bildirərək, “Səudiyyə rejimi Qaşıqçı cinayəti üçün hesab veriləcəyini vəd etdi, amma sonrasında heç bir şey etmədi” deyə yazıb.
 
“Vaşinqton Post” qəzeti, "Səudiyyə Ərəbistandakı qadın aktivistlər həbsxanada qaldıqca Qərb ilə münasibətlərin normallaşması mümkün deyil" başlıqlı məqalə yayıb.
Məqalədə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın (MBS) hərəkətlərini "məsuliyyətsiz" olaraq qiymətləndirilərkən, Ər-Riyaddakı idarəetmə tərzinin hələ də dəyişmədiyinə işarə edilib.
Səudiyyə Ərəbistanla Qərb dünyası arasında münasibətlərin yenidən normallaşdırmağın asan olmadığı bildirilən məqalədə, Ər-Riyadın son dövrdə, xüsusilə böyük investisiya layihələri ilə Qərb investorlarını ölkəyə cəlb etmək istədiyinə diqqət çəkilib.
Məqalədə, bu qiymətləndirməyə yer verilib:
“Buradakı məqsəd çox açıqdır: Səudiyyə Ərəbistanı ilə demokratik dünya arasında ticarəti normal axarına salmaq və “MBS” tərəfindən nəzarət edilən rejimdə əhəmiyyətli bir dəyişiklik aparmadan investisiyaları cəlb etməkdir. ABŞ müttəfiqləri və hətta Səudiyyə Ərəbistanı adına söyləmək lazım gələrsə, bu strategiya uğursuzdur".
Keçən il yanvar ayında Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda vəhşicəsinə öldürülən jurnalist Camal Qaşıqçı qətlinin məsuliyyətinin “MBS” tərəfindən qəbul edilmədiyi bildirilən məqalədə, "Qaşıqçı cinayəti himayəsi altında baş verən (MBS-nin müavini) Səud el-Kahtani fəal olmağa davam etdi. Rejim Qaşıqçı cinayəti üçün hesab veriləcəyini vəd etdi, amma sonrasında heç bir şey etmədi. Adı açıqlanmayan 11 nəfər mühakimə olunub, amma Qaşıqçı-nın bədənini mişar ilə doğrayan ədliyyə tibb işçisi bu prosesdən uzaq tutuldu" deyə qeyd edilib.
 
Callamardın konsulluğa girişi əngəllənib
 
BMT-nin Mühakiməsiz Edamlar Məruzəçii Agnes Callamardın İstanbuldakı Səudiyyə Konsulluğuna girişinin rədd edildiyinə işarə edilən məqalədə, Ər-Riyad rəhbərliyi şəffaf olmamaqla günahlandırılıb.
Donald Tramp rəhbərliyinin "bütün bu olanları qəbul etməyə hazır olduğu" ifadə edilən məqalədə, "MBS-nin Qərb ilə münasibətləri normallaşdırmaqda uğurlu olması, uzun perspektivdə çox pis nəticələr doğuracaqdır" deyə şərh edilib.
Məqalədə həmçinin, "Ər-Riyadda hər nə qədər sabitlik ritorikaı hakim olsa da, ölkədə qeyri-sabitliyin artdığı" qeyd edilib.
Məqalənin sonunda, "əgər MBS dəyişiklik məsələsində ciddidirsə, öncə ölkədəki bir çox qadın aktivisti sərbəst buraxmaqla işə başlaması lazım olduğu" vurğulanıb.
 Müxalifət.az