“Vaşinqton-İrəvan münasibətləri son 30 ilin ən soyuq dövrunu yasayır” - ZAUR MƏMMƏDOV

Baxış sayı:
19156

“Paşinyan sentyabr ayında ABS-a planlaşdırdığı səfəri zamanı Tramp ilə görüşmək üçün erməni diasporasının və lobbiçilərinin köməyinə ümid edir. Son 1 il ərzində Ermənistanın yeni hakimiyyətindən heç kimə ABS-a səfərləri zamanı nə Tramp, nə Pompeo, nə də Bolton ilə görüşmək müyəssər olmayıb”.  Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib. 

“Tramp Nikol ve onun ətrafındakılar qarşı-qarşıya oturmağa belə maraqlı deyil”

Məmmədov vurğulayıb ki, Vaşinqton-İrəvan münasibətləri son 30 ilin ən soyuq dövrunu yasayır: “Əslində, buna ən böyuk səbəb nə erməni hərbcilərinin Suriyada rus hərbçilərinin koalisiyasında yer almaları, nə də Rusiya – Ermənistan münasibətləridir . İranla ciddi şəkildə məşğul olan Tramp Administratsiyası illərdi ki, Qarabağ və Ermənistan vasitəsilə İran arasında olan müxtəlif növ qeyri-rəsmi əməkdaşlıqdan narahatdır. Daxil olduğu eyni koalisiya üzvləri ilə belə maliyyə məsələlərində kifayət qədər sərt olan Tramp ona xeyir verə bilməyəcək Nikol və onun ətrafındakılar ilə nəinki münasibətlər qurmaga, hec qarşı-qarşıya oturmağa belə maraqlı deyil”.